XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2019 - 15:25

İraq, İordaniya və Misirin XİN rəhbərləri bir araya gələcək- Görüş Bağdadda olacaq

İraq, İordaniya və Misirin Xarici İşlər nazirləri avqustun 4-də Bağdadda üçtərəfli görüş keçirəcək.

APA “RİA Novosti” istinadən xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər ərəb ölkələri arasında əlaqələrin möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi, İraqda vəziyyətin stabilləşməsi üçün iqtisadi faktorlar, terrorizmə qarşı mübarizəni müzakirə edəcəklər.

Xarici işlər nazirləri həmçinin digər vacib məsələlərə dair fikir mübadiləsi aparacaqlar.