XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2019 - 16:47

Pentaqon orta mənzilli raketləri Asiya regionunda yerləşdirəcək- Açıqlama

ABŞ-ın yeni Müdafiə naziri Mark Esper Pentaqonun yerüstü orta mənzilli raketlərin Asiya regionunda yerləşdirilməsi planını dəstəklədiyini bəyan edib. O, bu bəyanatı özünün Asiya ölkələrinə ilk səfəri zamanı verib.

Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, nazir ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxmasından sonra atacağı addımlarla bağlı jurnalistlərin suallarını cavablandırıb. O deyib ki, Vaşinqton bu prosesin tezliklə başa çatmasını istəyir. Onun sözlərinə görə, həmin raketlərin bir-iki ay ərzində yerləşdirilməsi daha yaxşı olardı, amma bu cür işlər daha çox vaxt aparır.

ABŞ Prezidenti Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxması qərarını Rusiyanın 9М729 qanadlı raketlərinin bu razılaşmanı pozması ilə əlaqələndirib. Vaşinqton və NATO hesab edirlər ki, həmin raketlərin parametrləri müqaviləyə uyğun gəlmir. Moskva isə bu ittihamlarla razılaşmayıb və əks iddialar irəli sürüb.