XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Avqust 2019 - 17:16

İsveç məhkəməsi A$AP Rocky-ni azadlığa buraxıb- Trampın müdaxiləsi nəticəsiz qalmadı

İsveç məhkəməsi ağır bədən xəsarəti yetirməkdə ittiham olunan Amerika reperi A$AP Rocky-ni azadlığa buraxmaq barədə qərar qəbul edib.

Azərtac “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı Stokholmda üçgünlük dinləmələrdən sonra qəbul edilib. Qərara görə, reper və onun iki dostu daha həbsdə qalmamalıdır.

Daha əvvəl verdiyimiz xəbərə görə, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen reper A$AP Rocky-nin məhkəməsində iştirak etmək üçün Stokholma yollanıb. Bildirilir ki, məhkəmənin qəti qərarı avqustun 14-də qəbul ediləcək. Zərərçəkən həmin vaxta qədər ona 14 min avro kompensasiya ödənilməsini tələb edib.