XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2019 - 18:49

Ermənistanın baş qərargah rəisindən etiraf:“Hərbçilər ağır şəraitdə yaşayır"

“Ağır sosial şəraitdə yaşamaları, ailə problemlərinin olması müqavilə əsasında hərbçilərin xidmətində də özünü əks etdirir”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan avqustun 3-də Dilicanda jurnalistlərin hərbçilərin intiharı ilə bağlı sualını cavablandırarkən bildirib.

“Komandirlər hərbçilər arasında təbliğat aparmasaydı, intihar hadisələrinin sayı iki deyil, 12 olardı. Bu il iki, ya 3 intihar hadisəsinin qarşısı alınıb”, – o vurğulayıb.