XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 09:00

Rəsmi Bağdad:Fars körfəzində saxlanılan tanker İraqa məxsus deyil

Fars körfəzində saxlanılan neft tankerinin İraqa məxsus olması barədə məlumat həqiqətə uyğun deyil.

Bu barədə “Al Arabiya” agentliyi, İraqın nəqliyyat nazirliyinin bəyanatına istinadən bildirib.

Bundan əvvəl, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbçiləri Fars körfəzində xarici neft tankerini saxlayıblar. Tehrandan bildiriblər ki, gəmidə, ərəb ölkələri üçün nəzərdə tutulmuş 700 min litr qaçaqmal yanacağı olub.

Sonradan, İİKK, Fars körfəzində saxladığı tankerin İraqa məxsus olduğu barədə məlumat yayıb.

Qeyd olunurdu ki, gəmi, İranın Buşehr vilayətinə yönəldilib. Göyərtədə olan 7 ekipaj üzvü saxlanılıb. /Report