XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 10:42

BƏƏ-də 700-ə yaxın məhbus əfv edilib- Qurban bayramı münasibətilə

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bun Zayed Al Nahayan qarşıdan gələn Qurban bayramı münasibətilə 669 məhbusun əfv edilməsi barədə fərman imzalayıb.

Azərtac “WAM” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə başçısı müxtəlif cinayətlər törədən bu məhbusların borclarını və cərimələrini ödəyəcək.

Bu il Eyd əl-Adxa bayramı BƏƏ-də avqustun 11-də qeyd olunur.