İraqın paytaxtı Bağdadda naməlum şəxslər 3 ABŞ hərbçisini oğurlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Əl-Ərəbiyə» kanalı məlumat yayıb.
Məlumata görə, Bağdadın cənubunda baş verən insidentdə hərbçilərin yanında olan tərcüməçi də yoxa çıxıb.
ABŞ Dövlət Departamenti məsələ ilə bağlı məlumat yayıb.
Departamentdən bildiriblər ki, ABŞ İraq hökuməti ilə birgə amerikalı hərbçilərin tapılıb azad edilməsi üçün təcili tədbirlər görür.