XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 13:52

Meksika ABŞ-ı məhkəməyə verəcək- Bu səbəbdən

Şənbə günü El-Paso şəhərində baş verən kütləvi atışmadan sonra Meksika bazar günü Amerika Birləşmiş Ştatlarının öz vətəndaşlarını müdafiə etmək iqtidarında olmaması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

“Walmart в Cielo Vista Mall” mağazasında öldürülən 20 nəfərdən ən azı altısı Meksika vətəndaşı olub. Meksikanın Xarici İşlər naziri Marselo Ebrard rəsmi Mexikonun bununla bağlı ölçü götürəcəyini vəd edib. Ebrard şənbə günü baş verən gülləbaranı “vəhşilik aktı” adlandırıb.

“Prezident Meksikanın hiddətlənməsini təsirli, çevik və qətiyyətli hüquqi tədbirlər şəklində sənədləşdirməyi tapşırıb. Meksika bu tədbirləri görməli və hazırda ABŞ-da yaşayan meksikalıların müdafiəsi üçün Vaşinqton tərəfindən şərait yaradılmasını tələb etməlidir”, – deyə Ebrard özünün “Twitter” səhifəsində yerləşdirdiyi videoməlumatda bildirib.

ABŞ əhalisinin siyahıyaalınması məlumatlarına görə, Amerikanın iriliyinə görə 22-ci şəhəri olan El-Pasonun 683 min əhalisinin 80 faizi Latın Amerika mənşəlidir.

El-Paso Rio-Qrande çayından şimalda yerləşir. Çayın cənub hissəsində yerləşən Syudad-Xuares şəhərinin əhalisi 1,3 milyon nəfərdir.

Atəş açan şəxs nifrət zəminində baş verən cinayətkarlıqda təqsirləndirilir. Belə ki, onun internetdə yerləşdirdiyi “manifestində”ki bəyanatı Latın amerikalılarına qarşı yönəlib(azərtac).