XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 14:13

Pakistan beynəlxalq məhkəməyə müraciət edəcək –Kəşmir məsələsi ilə bağlı

Pakistan dövləti Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməsi ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməklə yanaşı, bir sıra diplomatik addımlar atacaq.

Bunu hökumətdəki mənbələr bildirib.

Xatırladaq ki, bu gün Hindistan parlamentinə təqdim olunan müvafiq qanun layihəsi ilə bağlı Prezidenti Ram Nath Kovind Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv edən fərman imzalayıb.

Mənbələrə görə, bununla bağlı “hər cür cavab variantları”na əl atacaqlarını bildirən Pakistan Xarici İşlər Nazirliyi dərhal hüquqşünaslara müraciət edib. Daha sonra hökumətə ətraflı tədbirlər planı təqdim olunacaq. Pakistan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulduğu qənaətindədir. /Report