XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 15:42

Mövlud Çavuşoğlu:"S-400-ü ehtiyacımız olduğu üçün aldıq"

“Rusiyadan S-400 zenit-raket kompleksini ehtiyacımız olduğu üçün aldıq”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xaricdəki səfirlərinin XI Konfransında çıxışında deyib.

Nazir bildirib ki, Türkiyənin Rusiya ilə razılaşdığı və razılaşmadığı bir sıra məqamlar mövcuddur: “Bununla belə, regional sabitliyi qorumaq üçün Rusiya ilə əlaqələrimiz şəffaf şəkildə davam etməkdədir. Eyni zamanda biz regional məsələlərdə İranla ikitərəfli əlaqələrə önəm veririk. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar regiondakı ölkələrə də zərər verməkdədir. Bu səbəbdən dialoq və diplomatik əlaqələrin sağlam əsaslar üzərində qurulması önəmlidir”.

Regionda sülh və sabitliyin bərqərar edilməsi üçün Türkiyənin cəhdlərinin davam etdiyini vurğulayan M. Çavuşoğlu xatırladıb ki, bu ilin oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə Azərbaycan ev sahibliyi edəcək.