XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 16:35

ABŞ raketlərin ləğvi haqqında müqavilədən niyə çıxıb? –Rusiya XİN-dən açıqlama

ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən ona görə çıxdı ki, bu müqavilə onlara meneə olurdu.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti tərəfindən məlum müqavilədən çıxmaq barədə göstərilən səbəblər mifdir.

“Biz dəqiq bilirik ki, orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə bıçaq altına gedib. Ona görə ki, bu müqavilə Vaşinqtona maneə olurdu. Bunun başqa, bir səbəbi sadəcə olaraq yoxdur və ola da bilməz. Göstərilən digər səbəblər isə sadəcə olaraq kamuflyajdır. Dövlət Departamentinin 30 iyul arayışı və bu ilin yanvar ayındakı anoloji arayışında hər abzasdan bir “Rusiya mifi” sözü təkrar edilir. Həqiqət dəyişmir, reallıq olduğu kimi qalır. Xoca Nəsrəddin demişdi ki, halva-halva deməklə ağız şirin olmaz. Ona görə də, Dövlət Departamentinin “mif” sözünü təkrarlaması ilə reallıq dəyişmir”, -deyə rusiyalı diplomat bildirib.

Qeyd edək ki, bu il avqustun 2-də ABŞ-la Rusiya arasında Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqıda Müqavilə öz fəaliyyətini dayandırıb. Bu ilin əvvəlindən Vaşinqton Rusiyanı bu müqavilənin şərtlərini pozmaqda ittiham edərək həmin müqavilədən çıxdığını bəyan edib. Moskva isə həmin ittihamları rədd edib. Bu ilin iyul ayının əvvəlində prezident Vladimir Putin məlum müqavilənin dayandırılması haqqında qanunu imzalayıb. /APA