XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 17:20

Almaniya XİN:Almaniya ABŞ-ın Hörmüz boğazındakı birgə missiyasına qoşulmayacaq

Almaniya ABŞ-ın Hörmüz boğazındakı birgə missiyasına qoşulmayacaq.

Bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.

“Hazırda Böyük Britaniya ABŞ-ın rəhbərlik etdiyi birgə missiyaya qoşulmaq istəyir. Ancaq biz bunu etməyəcəyik. Biz Avropa missiyasının formalaşmasını istərdik. Bu məsələ gündəmdə deyil”, – H. Maas bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Almaniyadakı səfirliyindən bildirilib ki, Donald Tramp administrasiyası Hörmüz boğazında gəmilərin mühafizəsi üçün missiyanın yaradılması ilə bağlı Fransa və Britaniya ilə yanaşı, Almaniyaya da müraciət edib. /APA