XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 17:45

Hindistan Kəşmirin xüsusi statusunu ləğv etdi –Regionda gərginlik artır

Hindistan hökuməti bazar ertəsi mübahisəli Kəşmirin on illərlə praktikada olan xüsusi muxtar statusunun ləğv edildiyini bəyan edib.

Bu açıqlamanı hökumət regiona çoxsaylı təhlükəsizlik qüvvələri yerləşdirməsindən sonra verib.

Hindistanın son addımı Pakistan hökuməti tərəfindən qəzəblə qarşılanır. Pakistan xarici işlər nazirliyi yaydığı bəyanatda Dehlinin bu addımını “kəskin qınadığını” bildirib.

Regionda gərginlik hökumət Hindistan Kəşmirinin üç yüksək səviyyəli rəsmisini ev dustağı etməsindən və ziyarətçilərin evakuasiya edilməsi və təhlükəsizlik tədbirlərini gücləndirərək, bölgəyə əlavə 10 min yarı-hərbi qüvvə yeritməsindən sonra artıb.

Bazar günü gecə Kəşmirdə hərəkətin məhdudlaşdırılması, internetin fəaliyyətiin dayandırılması və təhsil ocaqlarının bağlanmasına dair əmr verilib. Əmrdə Kəşmirin paytaxtı Srinaqarda təhlükəsizlik tədbirlərininin qeyri-müəyyən müddətə qüvvədə qalacağı deyilir.

Rəsmilər cümə günü hindu zəvvarların illik ziyarətinə Pakistanın dəstəklədiyi militantların hücum planlaşdırdığını bəyan etməsindən sonra minlərlə turist və zəvvar Kəşmiri tərk etməli olub. İlk dəfə olaraq ziyarət təxirə salınıb.

Baş nazir Narendra Modi hökumətinin regionun digər xüsusi imtiyazlarını, o cümlədən ştat sakini olmayan insanların bölgədə əmlak almalarına qoyulan qadağanı ləğv eəcəyinə dair məlumatlar dolaşır.

Kəşmir Pakistanla Hindistan arasında bölünüb və hər iki ölkə bu əraziyə iddia edir. Kəşmir iki ölkə arasında baş vermiş üç mhüaribədən ikisinin başlıca səbəbi olub.

Amerikaninsesi.org