Bu sözləri Modern.az-a Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov bildirib. Onun dediyinə görə, təmsil etdiyi partiya Gürcüstan veteranları və “Qələbənin varisləri” Beynəlxalq Birliyin Stalinin abidəsinin bərpası təşəbbüsünü bəyənir, onlara hər cür kömək etməyə, o cümlədən maliyyə yardımı göstərməyə hazırdır. “Böyük Vətən Müharibəsində alman faşizm üzərində generalsimus Stalinin misilsiz rəhbərliyi ilə sovet xalqının tarixi qələbəsinin 70 illiyi ərəfəsində bu qüdrətli şəxsiyyətin abidəsinin döğma vətənində bərpası çox böyük əhəmiyyət kəsb edir” – Ədalət Abdinov deyib. Onun sözlərinə görə, bu, həm də sosializm qurucusunun yadigarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qorumaq və işıqlı gələcək haqqında düşünmək deməkdir. Gürcüstan Dövlət Departamentinin qərarı var. |