XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 00:19

NATO Hərbi Komitəsinin iclası keçiriləcək- Sloveniyada

Sloveniya sentyabrın ortalarında NATO-nun Hərbi Komitəsinin – alyansın müdafiə rəhbərlərini birləşdirən ali orqanın iclasına ev sahibliyi edəcək.

Azərtac xəbər verir ki, sentyabrın 13 -14-də Lyublyanada planlaşdırılan bu iclasda NATO ölkələrinin yüksək vəzifəli 150 hərbçisi də daxil olmaqla, 400-dək nümayəndə bir araya gələcək. İclasda, həmçinin daimi ordusu olmayan İslandiyanın sivil nümayəndəsi də iştirak edəcək.

Hərbçilərin sözlərinə görə, iclasda alyansın müştərək missiya və əməliyyatları, eləcə də mövcud təhlükəsizlik vəziyyətində hərbi əməliyyatlar müzakirə mövzusu olacaq. Tədbir NATO-nun yaranmasının 70, Sloveniyanın təşkilata üzv olmasının 15-ci ildönümünə təsadüf edir.

İclas Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin marşalı ser Stüart Piçin sədrliyi ilə reallaşacaq. Həmsədr isə NATO-nun yeganə qadın qərargah rəisi, Sloveniya ordusunun general-mayoru Alenka Ermenk olacaq.

Qeyd edək ki, Hərbi Komitə həftədə bir dəfə daimi hərbi nümayəndələr səviyyəsində NATO-nun Brüsseldəki qərargahında toplanır, qərargah rəisləri isə ildə üç dəfə görüşür. Bu konfranslardan ikisi Brüsseldə keçirilir, üçüncüyə isə hər il bir iştirakçı dövlət ev sahibliyi edir.

NATO-nun yaranmasından cəmi bir neçə ay sonra yaradılmış Hərbi Komitə Şimali Atlantika Şurasından sonra NATO-nun ikinci daimi orqanıdır.