Fövqəldövlətlər arasında rəqabət, terrorizm və kibercinayətkarlıq hal hazırda NATO ölkələri və müttəfiqlərinin üzləşdikləri əsas problemlərdir.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Əsas təhlükə olaraq Stoltenberq Rusiya və Çin kimi böyük güclər arasında rəqabətin artmasını göstərib.
Stoltenberqin fikrincə ikinci qlobal çağırış terrorizmdir: “Formasından və görünüşündən asılı olmayaraq terrorizmi və ekstremizmi qınamalıyıq”.
NATO-nun baş katibi hesab edir ki, digər bir təhlükə kiber texnologiyaların inkişafı və onunla əlaqəli olan cinayətlərdir: “Biz kiberhücumların adi hücumlar qədər təhlükəli olduğunu başa düşməyə başladıq” deyən baş katib əlavə edib ki, NATO şəbəkə məkanında öz qurumlarını qorumaq üçün fəal çalışır. /Report