XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 13:00

Çinli diplomat:“ABŞ Honkonqdakı separatçılara dəstəyi dayandırmalıdır”

“Honkonq Çinə məxsusdur. Çin ölkə suverenliyinə zərər verə biləcək hər hansı addıma qarşı qətiyyətlə cavab verəcək”. 

Bunu Çin Xarici İşlər Nazirliyinin Honkonqdakı komissarı Xie Feng deyib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Honkonqla bağlı bəyanatına toxunan çinli diplomat bildirib ki, ABŞ siyasətçiləri Honkonqdakı separatçılara dəstəyi dayandırmalıdır.

Qeyd edək ki ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Honkonqdakı etirazlara dəstək ifadə edən bəyanat yayıb.

Xatırladaq ki, Honkonqda saxlanılan şübhəlilərin Çin, Tayvan və Makaoya ekstradisiya olunmasını nəzərdə tutan qanun layihəsi Honkonqda genişmiqyaslı etirazlara səbəb olub. Uzun müddət davam edən etiraz aksiyaları şəhər idarəçiliyinə qarşı yönəlib. /APA