XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2019 - 13:33

Amerikalı milyoner həbs edilib- Arvadının qətlində ittiham olunur

Kaliforniya Baş Prokurorluğunun nümayəndələri bildiriblər ki, öz arvadını qətlə yetirməkdə təqsirləndirilən və qaçıb gizlənmiş Cənubi kaliforniyalı keçmiş milyoner Piter Çedvik dörd ildən sonra həbs edilib.

ABŞ Federal Marşallar Xidmətinin nümayəndəsi Linzi Donaxyunun sözlərinə görə, Piter Çedvik Meksikada həbs edilib.

Çedvik Nyuport-Biç şəhərində daşınmaz əmlaka sərmayə qoyurmuş. 2012-ci ildə o, arvadını qətlə yetirməkdə ittiham olunub, lakin 1 milyon dollar girov müqabilində azad edilib. 2015-ci ildə Çedvikin məhkəməsi olmalı idi, lakin o, məhkəməyə gəlməyib. Keçən il ABŞ Federal Marşallar Xidməti Çedvikin adını ABŞ-da ən ciddi axtarışda olan 15 nəfərin siyahısına daxil edib.

Hakimiyyət orqanlarının sözlərinə görə, arvadı Kui Çu Çedvik yoxa çıxan günün ertəsi Piter Çedvik 911 xilasetmə xidmətinə zəng vuraraq deyib ki, arvadı onların evində işləyən fəhlə tərəfindən öldürülüb. Bir həftədən sonra qadının meyiti San-Diyeqo şəhəri ətrafında zibil qutusunda tapılıb.

Piter Çedvik Böyük Britaniyada doğulub və 1991-ci ildə ABŞ vətəndaşlığı alıb. Hakimiyyət orqanları bildiriblər ki, Çedvik girov müqabilində azadlığa buraxılanda onun hər iki pasportu əlindən alınıb.

Çedvik yoxa çıxandan sonra məlum olub ki, o, bank hesablarından milyonlarla vəsaiti çıxarıb, onun evində axtarış zamanı orada şəxsiyyətin dəyişdirilməsinə dair təlimatlar dərc olunmuş kitablar aşkar edilib(azərtac).