XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 16:43

Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara pul ayırıb- 127 milyon avro

Avropa Komissiyası “Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Mexanizmi” çərçivəsində Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırıb.

APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu vəsaitlə təşkilatın “Sosial Uyum Yardımı” proqramına verdiyi ümumi maddi dəstək 1.25 milyard avroya çatıb.

Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə kommisarı Kristos Stilianidis bildirib ki, Aİ Türkiyə və qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirir. Aİ komissarı qeyd edib ki, yeni maliyyə dəstəyi 1.6 milyon suriyalı qaçqın üçün nəzərdə tutulub.