XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2019 - 20:16

Gürcüstanın turizm sektoruna 44,3 milyon dollar zərər dəyib- Səbəb

“Rusiyadan turist axınının azalması Gürcüstanın turizm sektorundan gəlirlərinə mənfi təsir göstərib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, bu ilin iyul ayında Gürcüstan illik müqayisədə rusiyalı turistlərdən 44,3 mln. dollar az gəlir əldə edib.

M.Kvrivişvili deyib ki, turizm sektorunun artım proqnozu ikirəqəmli olub və buna görə real itkilər daha da böyükdür.

Qeyd edək ki, bu ilin iyulun 8-dən etibarən Rusiya və Gürcüstan arasında birbaşa aviauçuşlar dayandırılıb. Bu da Gürcüstana səfər edən rusiyalı turistlərin sayının kəskin azalmasına gətirib çıxarıb.