XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2019 - 21:03

ABŞ-ın Rusiyadakı səfiri istefa verib- Açıqlama

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampa istefa məktubu göndərib.

APA-nın “The Hill” qəzetinə istinadən verdiyi xəbərə görə, C.Hantsman oktyabrın 3-dən artıq bu postda çalışmayacaq.

“Amerika vətəndaşlığı bir imtiyazdır və hesab edirəm ki, bunun müqabilində ən başlıca məsuliyyət ölkəyə xidmətdir. Bu məqsədlə ikitərəfli münasibətlərdəki bu tarixi çətin dövrdə Amerika Birləşmiş Ştatlarının Rusiyadakı səfiri kimi mənə verdiyiniz etimaddan şərəf duyuram. Ümid edirəm ki, bu posta yeni bir varisin namizədliyinin irəli sürülməsi və təsdiqlənməsi üçün kifayət qədər vaxt olacaq. Xarici siyasət məqsədlərimizin lazımi diqqətdə saxlanılmasını təmin edən keçidin asanlaşdırılması üçün səylərimi əsirgəməyəcəm”, – deyə amerikalı diplomat məktubunda qeyd edib.