XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 09:30

Braziliya da Venesuelaya qarşı sanksiyalar tətbiq edir:bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək

Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə hazırlaşır.

Hazırda Braziliyanın Xarici işlər və Ədliyyə nazirlikləri ölkə konstitusiyasının prinsipləri və məqsədlərinə zidd fəaliyyət göstərən Venesuelanın yüksək vəzifəli şəxslərinin siyahısını hazırlayırlar.

Bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək.

Venesueladakı vəziyyətə dair Limada keçiriləcək konfransda Braziliyanın xarici işlər naziri Ernestu Araujunun müvafiq sanksiyaların tətbiqi haqqında bəyan edəcəyi gözlənilir. /Oxu.az