İran–Türkiyə sərhəddində terrorçularla atışma baş verib.
APA -nın məlumatına görə, atışma nəticəsində Qərbi Azərbaycan əyalətinin Maku şəhərinin Türkiyə ilə sərhəd bölgəsində dağlıq ərazidə xidmət edən sərhədçilər Nasir Mehdizadə və Nasir Sərvəri həlak olublar.
Məlumata görə, hadisə zamanı bir sərhədçi də yaralanıb.
Sərhədçilərin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) zabitləri olduğu bildirilr.