XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2019 - 13:11

Zelenski Putinə zəng etdi – Səbəb yenə Donbasdı

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda baş verən gərginliklə bağlı bu gün rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Ukrayna mətbuatının yazdığına görə, Zelenski bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Bu səhər Rusiya Prezidenti Vladimir Putinə təcili olaraq zəng etdim və dedim ki, bu atəş bizi sülhə yaxınlaşdırmır. Xahiş edirəm qarşı tərəfə təsir edəsiniz ki, bizim adamları öldürməyi dayandırsınlar”, – deyə V.Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Putinlə söhbət çox uzun çəkib.

Bu, iki ölkə liderləri arasında ikinci telefon danışığıdır. Zelenski ilə Putin arasında ilk telefon söhbəti iyulun 11-də olmuşdu. Onda da söhbətin mövzusu Donbasdakı münaqişənin nizamlanması idi…

Xatırladaq ki, Vladimir Zelenski Donbasda baş verən atışmalar səbəbindən güc strukturlarının rəhbərləri ilə iclas keçirib.

Donbas separatçılarının Pavlopol rayonunu atəşə tutması nəticəsində 4 Ukrayna hərbçisi həlak olub.