XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2019 - 15:20

Stoltenberq:"NATO Çinin yüksəlişinə diqqət ayırmalıdır"

“Pekin dünyadakı gücünü, təsir dairəsini genişləndirdiyindən NATO-nun Çinin yüksəlişinin təsirlərinə diqqət ayırması vacibdir”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində deyib.

“Bu məsələyə diqqət ayırmağımız Çinin bizə doğru daha da yaxınlaşmasına bir növ cavab verməkdir. Avropada vacib infrastruktur sahələrinə böyük sərmayələrin qoyulması, Arktika, Afrika regionunda möhkəmlənməsi, kiber aləmdə öz varlığını daha da gücləndirməsi – bütün bunlar Çinin təsir dairəsini artırır, buna isə bizim tərəfimizdən diqqət yetirilməsi vacibdir. Bu səbəbdən biz yalnız regiondakı tərəfdaşlarımız olan Avstraliya və Yeni Zelandiya ilə deyil, həmçinin Yaponiya və Cənubi Koreya ilə yaxından əməkdaşlıq edirik”, – Y. Stoltenberq qeyd edib. /APA