XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2019 - 16:00

Cənubi Koreya indi ABŞ-a daha çox vəsait ödəyəcək –Şimali Koreyadan qorunmaq üçün

Cənubi Koreya Şimali Koreyadan müdafiə olunmaq üçün ABŞ-a daha çox vəsait ödəməyə razılaşıb. 

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də yazıb.

O bildirib ki, ötən on illiklərdə Cənubi Koreya ABŞ-a çox cüzi vəsait ödəyib.

D. Tramp ötən il onun tələbi ilə Cənubi Koreyanın ABŞ-a 990 milyon dollar məbləğində vəsaiti ödədiyini xatırladıb.

“ABŞ-a ödəniləcək vəsaitin artırılması ilə bağlı artıq danışıqlar başlayıb. Cənubi koreyalılar ABŞ-ın təmin etdiyi hərbi müdafiəyə töhfə vermək öhdəliyini hiss edən zəngin xalqdır. İki ölkə arasındakı münasibətlər çox yaxşıdır!”, – D. Tramp qeyd edib. /APA