XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 20:11

Mamuka Baxtadze:“Gürcüstanın işğaldan tam azad olunmasına nail olacağıq”

“Gürcüstan ərazilərinin işğaldan tam azad olunmasına nail olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya ilə 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, buna millətin konsolidasiyası, yorulmadan çalışmaq, qarşıya qoyulmuş məqsədlərə çatmaq və beynəlxalq ictimaiyyətlə davamlı siyasət aparmaqla nail olmaq mümkün olacaq.

Hökumət başçısının sözlərinə görə, avqust müharibəsi Rusiyanın Gürcüstanın iki ayrılmaz bölgəsinin işğalı ilə nəticələnib: “Müharibə həmçinin yüzlərlə gürcü kəndinin məhv olmasına, on minlərlə məcburi köçkünün yaralanmasına, dinc sakinlər də daxil olmaqla yüzlərlə vətəndaşın həlak olmasına gətirib çıxardı”.

M.Baxtadze qeyd edib ki, istənilən hakimiyyətin ali vəzifəsi vətəndaşların həyatını qorumaq, sülhü təmin etmək və ölkə üçün fəlakətlərin baş verməsinin qarşısını almaqdır: “Təəssüflər olsun ki, o zamankı məsuliyyətsiz hakimiyyət bu vəzifəni yerinə yetirmədi və dövlət əleyhinə yönəlmiş siyasət işğal planının həyata keçirilməsinə imkan verdi”.