XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2019 - 12:01

Venesuela hökuməti müxalifətlə danışıqları dayandırıb- Bu səbəbdən

Venesuela hökuməti müxalifətlə avqustun 8-9-da Barbadosda keçirilməsi planlaşdırılan görüşə nümayəndə göndərməyəcək.

APA-nın məlumatına görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter”də yazıb.

Prezident N. Maduro bildirib ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Venesuelaya qarşı aqressiv siyasətini və müxalifətin bu siyasəti dəstəkləyən hərəkətlərini gördükdən sonra müxalifətlə danışıqları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Venesuela hökuməti ilə Xuan Quaydonun liderlik etdiyi müxalifət arasında danışıqlar Norveçin təşəbbüsü ilə may ayından başlayıb.