XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 11:09

“İranda qadınların stadiona buraxılmamasının FIFA-ya dəxli yoxdur” –İranın baş prokuroru

İranda qadınların stadiona girişinə qadağanın dünyada futbol təşkilatı FIFA-ya dəxli yoxdur.

Azadlıq Radiosunun məlumatına görə, bunu İranın baş prokuroru Məhəmməd Montazeri avqustun 7-də deyib.

“Qadınlar stadionda futbol azarkeşləri arasındadır, yoxsa yox – bunun FIFA-ya qətiyyən aidiyyatı yoxdur”, – deyə Montazeri vurğulayıb.

O sual edib ki, FIFA nə vaxtdan İrandakı qadınların qeydinə qalır?

İran qadınların stadionlara buraxılmasına 40 ilə yaxındır qoyulmuş qadağanı qaldırmasa, Dünya Kubokunun təsnifat oyunlarına buraxılmaya bilər.

FIFA Prezidenti Canni İnfantino İranın futbol federasiyası olan FFIRI-yə iyulun 15-dək vaxt verib ki, qadınları 2022-ci il Dünya Kubokunun təsnifat yarışlarına buraxsın.

Həmin ilin sentyabrında keçiriləcək turnirə Qətər ev sahibliyi edəcək.

İnfantino deyib ki, qadınlar oyunlara baxmağa layiqdir, çünki “bütün dünyada bunu qadınlara borcluyuq, həm də bunu etməyə məsuliyyət daşıyırıq, FIFA nizamnaməsinin əsas prinsiplərinə uyğun olaraq bu gerçəkləşməlidir”.

FIFA nizamnaməsinə uyğun olaraq, qadınlara stadion qadağası götürülməsə, İran təsnifat oyunlarından kənarda qala bilər.

1979-cu il islam inqilabından iki il sonra qadınların stadionlara girişinə qadağa qoyulmağa başladı. Ultra-mühafizəkar ruhanilər bunu qadınları coşqun kişi azarkeşlərdən, onların kəskin leksikonundan qorumaqla izah edib.