XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 13:40

Avropa İttifaqı:Hindistan və Pakistan arasında dialoq aparılması vacibdir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Hindistan və Pakistanın Xarici İşlər nazirləri ilə telefon əlaqəsi saxlayıb. 

Bu barədə Avropa İttifaqının (Aİ) rəsmi saytında məlumat yayılıb.

Telefon danışığı zamanı F. Moqerini bildirib ki, Kəşmir və ümumilikdə regionda gərginliyin artmasından qaçmaq lazımdır.

“Gərginliyin aradan qaldırılması üçün Hindistan və Pakistan arasında diplomatik kanallar vasitəsilə dialoq aparmaq vacibdir. Avropa İttifaqı iki ölkə arasında gərginliyin ikitərəfli siyasi həllini dəstəkləyir. Bu, regionda qeyri-stabillik və təhlükə yaradan uzunmüddətli münaqişənin həlli üçün yeganə yoldur”, – F. Moqerini vurğulayıb. /APA