XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 21:04

Prezident öz səlahiyyət müddətinin [color=red]azaldılmasını istəyir

Seneqal lideri Maki Sall prezidentlik müddətinin azaldılmasını istəyir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Sall bu müddətin 7 ildən 5 ilə endirilməsini təklif edib.

Bu dəyişikliyin təsdiqi üçün Seneqalda referendum keçiriləcək. Yeni qaydalar bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə də qadağa qoyacaq.

Prezident bildirib ki, bu yolla ölkədə demokratiyanı möhkəmləndirmək istəyir. 

Maraqlıdır ki, son vaxtlar bir neçə Afrika ölkəsi Maki Sallın əksinə olaraq, ölkələrində prezidentlik müddətinin uzadılması və bu postda daha çox qalmaları üçün konstitusion dəyişikliklərə gediblər.