XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2019 - 14:31

Berlin hərbi xərcləri artıracaq- Merkeldən açıqlama

Almaniya gələcəkdə də müdafiə və təhlükəsizlik xərclərini artıracaq.

Bunu ölkənin federal kansleri Angela Merkel bəyan edib. Ötən ilin məlumatına görə, AFR NATO-dakı digər tərəfdaşları ilə birlikdə öz öhdəsinə müdafiə məqsədləri üçün xərcləri artırmağı götürüb və növbəti 5 il ərzində onların həcmini ölkənin ümumi daxili məhsulunun 1,5 faizinə çatdırıb.

Xatırladaq ki, növbəti ildə 1,37 faiz həcmində təxsisat nəzərdə tutulub. Bu, 2019-cu ildə olduğundan 2 milyard avro çoxdur. Almaniya hökuməti etiraf edib ki, bir çox illər ərzində bundesverin maliyyələşdirilməsi yetərincə olmayıb. Eyni zamanda, bu quruma ayrılan məbləğ Müdafiə Nazirliyinin istədiyindən azdır(azərtac).