XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 14:52

Rusiyada hərbi hissədə partlayış olub- Ölənlər və yaralananlar var

Arxangelsk vilayətində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış vilayətin hərbi hissələrindən birində qeydə alınıb. İnsident nəticəsində 2 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eləcə də sanitar aviasiyasının ayrılması barədə göstəriliş verilib.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil.