XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 19:13

Malala Yusufzay Kəşmirlə bağılı çağırış edib:"Fərqli mədəniyyətləri təmsil etsək də, sülh şəraitində yaşaya bilərik"

Nobel mükafatı laureatı Malala Yusufzay Kəşmirdə vəziyyəti sabitləşdirməklə bağlı çağırış edib.

O sosial media hesabından verdiyi açıqlamada insan hüquqlarının, uşaqların və qadınların hər zaman qorunmalı olduğunu, 70 illik problemin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

“Kəşmirlilər 70 ildir dəhşət içərisində yaşayırlar. Cənubi Asiyada 1,8 milyard insan yaşayır. Biz fərqli mədəniyyətləri təmsil etsək də, sülh şəraitində yaşaya bilərik. Ümid edirəm ki, bütün Cənubi asiyalılar, əlaqədar beynəlxalq qurumlar məsələyə münasibət bildirəcəklər”, – deyə o, əlavə edib.