XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 21:42

Atambayevin minə yaxın tərəfdarı Bişkekə gedir- Açıqlama

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin minə yaxın tərəfdarı Koy-Taş kəndindəki iqamətgahdan paytaxt Bişkek şəhərinə doğru irəliləyir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Demokratik Partiyasının siyasi şurasının üzvü Adil Turdukulov özünün “facebook” səhifəsində yazıb.

“Min nəfərə yaxın adam Koy-Taşdan Bişkekə gedir”, – A.Turdukulov yazıb.

Xatırladaq ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev polisə təslim olub və Bişkekə gətirilib.