XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2019 - 21:53

Türkiyənin Ege bölgəsində 56 yeraltı təkan qeydə alınıb- 4 saat ərzində

Türkiyənin Ege bölgəsində 4 saat ərzində 1,1-6 bal arasında 56 yeraltı təkan qeydə alınıb.

Ən böyük yeraltı təkanlar yerli vaxtla 14:19-da və 14:25-də 4,2 və 6 bal gücündə Denizli şəhərinin Bozkurt rayonunda meydana gəlib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, yeraltı təkanların ocağı 7,09 kilometr dərinlikdədir.

Zəlzələ baş verən bölgələrdən ümumilikdə 23 nəfər xəstəxanalara müraciət edib. Yerli əhaliyə evlərinə girməmələri barədə xəbərdarlıq edilib.

İlkin məlumata görə, Bozkurt rayonunda iki ev dağılıb, ona yaxın binanın ağır, bölgədəki digər köhnə tikililərin isə qismən zərər gördüyü bildirilir. Rayonun icra hakimiyyəti binası da zərər gördüyü üçün tamamilə boşaldılıb.

Yeraltı təkanlar ölkənin Antalya, Muğla, İsparta və Burdur şəhərlərində də hiss edilib.

Zəlzələdən sonra bölgədə torpaq sürüşməsi baş verib(azərtac).