XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 23:42

Pakistan XİN rəhbəri:"Hindistanla münaqişəni diplomatiya və hüquq çərçivəsində həll edəcəyik"

Pakistan Hindistanla münaqişəni diplomatiya və beynəlxalq hüquq normaları çərçivəsində həll edəcək, lakin İslamabad xarici təcavüzə qarşı da hər an hazırdır.

Azərtac DawnNews saytına istinadla xəbər verir ki, bu bəyanatı Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi İslamabadda keçirdiyi mətbuat konfransında verib.

Pakistanlı nazir bildirib ki, rəsmi İslamabad Hindistanın qanunsuz olaraq Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsi məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Onun sözlərinə görə, təşkilatın bu ərazi ilə bağlı qəbul etdiyi bir neçə qətnamə buna imkan verir. Qureşi əlavə edib ki, Yeni Dehlinin öz qərarını Hindistan Konstitusiyasının 370-ci maddəsi ilə izah etməsi (ölkənin daxili məsələsi kimi) də qanuna ziddir. Hindistanın işğal etdiyi Cammu və Kəşmirdə 900 minlik ordunun yerləşdirdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bununla bu əyalətin bərəkətli torpaqları əsl həbsxanaya çevrilib. O, Cəvahirləl Nehrunun sözlərini də Hindistanın indiki hakimiyyəti üçün misal gətirib: “Kəşmirin gələcəyini onun ərazisində yaşayan insanların iradəsi müəyyən edəcək”. Məhz bu ölkənin keçmiş lideri 1947-ci ildə Cammu və Kəşmirin statusu ilə bağlı həmin ərazidə BMT-nin nəzarəti altında referendum keçirilməsini təklif edib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə telefon danışığından bəhs edən pakistanlı nazir deyib ki, söhbət zamanı problemin həllinin yalnız Cammu və Kəşmirin xalqından asılı olduğu vurğulanıb. Nazir, həmçinin Pakistanın guya hava məkanını bağlaması ilə bağlı yayılan feyk məlumatları da təkzib edib. Onun sözlərinə görə, İslamabad Kəşmir bölgəsi ilə nəqliyyatı asanlaşdıracaq Kartarpur dəhlizinin tikintisini həyata keçirəcək.