XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 00:16

Çin və Yaponiya strateji dialoqu bərpa edir- 7 illik fasilədən sonra

Çin və Yaponiya 7 illik fasilədən sonra strateji dialoqu bərpa edirlər. Avqustun 10-da iki ölkənin xarici siyasət idarələrinin rəhbər müavini səviyyəsində növbəti dialoq keçiriləcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunin məlumat verib. Dialoqun növbəti mərhələsində Çin Xarici İşlər nazirinin müavini Lı Yüçen və onun yaponiyalı həmkarı Takeo Akiba iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərini, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəklər(azərtac).