XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 06:50

Səudiyyəyə vaxt qoydular:[color=red] “4 ildən artıq dözə bilməyəcək”

İranın ABŞ və Avropa Birliyinin əksər sanksiyalarından qurtulması uzun müddət dünya bazarında neft qiymətlərini diktə edən Səudiyyə Ərəbistanının aqibətini də gündəmə gətirib.

Nüfuzlu “OilPrice” nəşri yazır ki, Səudiyyə hazırda bütün cəbhələrdə uğursuzluqla üzləşib: “Suriya və Yəməndə aparılan savaşda uduzur, neft qiymətləri uğrunda mübarizədən isə məğlub çıxır. Üstəlik krallığın OPEK-dəki liderliyi  təhlükə, Qərblə müttəfiqliyi sual altındadır”.

Nəşrin fikrincə, Səudiyyədən fərqli olaraq İran bütün cəbhələrdə irəliləyir: “Səudiyyə Ərəbistanı OPEK-in şəksiz lideri idi. Lakin neft qiymətlərinin enməsi fonunda Ər-Riyadın valyuta ehtiyatları azalmağa başlayır. Səudiyyə ucuz neft qiymətlərinə 4 ildən artıq dözə bilməz. İranın Suriya və Yəməndə şiələri, Livanda “Hizbullah”ı dəstəkləməsi də Səudiyyə rəhbərliyində ciddi narahatlıq yaradır”.

Qəzet yazır ki, şiə din xadimi Nimr ən-Nimrin edamı İranın Səudiyyə Ərəbistanındakı şiələr arasında nüfuzunun artmasının dolayı etirafıdır: “Krallıq öz ərazisində belə bir təhlükə ilə üzləşib. Nəzərə almaq lazımdır ki, Səudiyyədəki şiələr ölkə əhalisinin 15 faizini təşkil edir. Üstəlik krallıq başa düşür ki, birbaşa qarşıdurmada İrana qalib gələ bilməz. İranın əhalisi daha böyükdür və ölkənin savaşlarda püxtələşmiş generalları var. Səudiyyə Ərəbistanında isə əsas hərbi postları kral ailəsinin yaxın ətrafı tutur”.

“OilPrice” hesab edir ki, hazırda Səudiyyə bütün cəbhə boyu təşviş içindədir: “Krallıq həm özünün OPEK-dəki statusuna, həm valyuta ehtiyatlarının azalmasına, həm də müttəfiqlərinin itirmək təhlükəsinə görə ciddi narahatlıq keçirir. “Altılıq” ölkələri ilə imzaladığı sazişdən sonra İranın neft şirkətlərinin və neft sənayesində çalışanların üzərindən sanksiyalar götürüldü. Sanksiyaların ləğvi və İranın bazara girməsi ərəfəsində Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini qəfildən azaltdı. Analitiklərin fikrincə, Səudiyyə ilə İran arasındakı ədavət savaşa çevrilsə, neftin bir barreli 250 dollaradək yüksələ bilər”(azalliq.info).