XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 10:15

Belarusda S-300 kompleksi qəzaya uğradı –Nazirlik rəsmisindən açıqlama

Belarusda S-300 zenit-raket kompleksi quraşdırılmış “Favorit” texnikası Polotsk şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qavrusik bildirib.

S-300 texnikasının iştirakı ilə olan qəza hərbi karvanın daimi yerləşmə məntəqəsinə doğru hərəkət etdiyi zaman baş verib.

“Döyüş komplektinin olmadığı kompleks karvanın tərkibində 30 km/saat sürətilə hərəkət edirdi. Bu vaxt sürücü idarəetməni itirib”, – deyə məlumatda qeyd olunur.

Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmasa da, hərbi texnika xəndəyə düşüb. /APA