XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2019 - 10:45

İran danışıqlar üçün kimə “zəng etməli” olduğunu bilir –Dövlət Departamenti

Əgər İran liderləri ABŞ-la danışıqlar aparmaq istəyirlərsə, o zaman prezident Donald Tramp onların “zəngini gözləyir”.

Bu barədə açıqlamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus jurnalistlərlə görüşü zamanı bildirib.

“Bizim Ayətullah Əli Xameneidən və prezident Həsən Ruhanidən bir tələbimiz var. Onlar bölgəni terror halına saldıqları barədə diqqətlə fikirləşsinlər və bunu dayandırmaq haqqında fikirləşsinlər. Əgər onlar özlərini normal ölkə kimi necə aparmalı və sanksiyalardan qurtularaq sülh şəraitinə necə qayıtmalı olduqları barədə danışmaq istəyirlərsə, o zaman onlar kimə zəng edəcəklərini dəqiq bilirlər. Bu, prezident Trampdır. Və prezident onlardan zəng gözləyir”, – Ortaqus belə deyib. /APA