XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 09:52

BMT-nin baş katibi:"Kəşmir məsələsinə görə narahatıq"

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı Cammu və Kəşmirin statusuna təsir edə biləcək hər hansı hərəkətdən daşınmağa çağırıb.

Belə bir açıqlama ilə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı çıxış edib.

Onun sözlərinə görə, A.Quterreş hadisəni narahatlıqla izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır. Baş katib, həmçinin Hindistan və Pakistan arasında 1960-cı ildə bağlanmış sazişə əməl etməyin vacibliyini xatırladıb.

İslamabad və Nyu-Dehli arasında davam edən gərginlik Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv edərək bu regionda iki müttəfiq ərazi yaratmaq barədə qərarı ilə bağlıdır. Bu məqsədlə Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. /APA