XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2019 - 13:20

ABŞ-ın Müdafiə naziri:"Şimali Koreya ilə dialoqun bərpasını gözləyirik"

“ABŞ Şimali Koreya ilə dialoqun yaxın zamanda bərpa olunmasını gözləyir”. 

Bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper Cənubi Koreya Prezidenti Mun Çje İnlə görüş zamanı deyib.

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Pxanmuncomda baş tutan görüşü tarixi hadisə adlandıran Müdafiə naziri bildirib ki, yaxın zamanda iki ölkə arasında dialoqun bərpa edilməsini gözləyirlər.

Mun Çje İn bildirib ki, Mark Esperin Müdafiə naziri təyin edilməsi rəsmi Seul və Vaşinqton arasında müttəfiq əlaqələrini daha da gücləndirəcək. /APA