XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 15:33

Rusiya XİN ABŞ səfirliyini ittiham edib- Ölkənin daxili işlərinə qarışmaqda

Rusiya XİN ABŞ səfirliyini ölkənin daxili işlərinə qarışmaq cəhdində təqsirləndirib.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, avqustun 9-da Rusiyanın xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, ABŞ-ın Moskvadakı səfirliyinin müşaviri Tim Riçardson avqustun 9-da Xarici İşlər Nazirliyinə çağırılıb və ona ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə idarəsinin rəsmi hesabında, Twitter səhifəsində və diplomatik missiyanın saytında Moskvada avqustun 3-də keçirilmiş icazəsiz mitinqlərlə bağlı yerləşdirilmiş yazılara görə etiraz məktubu təqdim edilib.

Rusiya XİN-in bəyanatında deyilir: “Vurğulanıb ki, qanunsuz tədbirin təşkilatçıları tərəfindən tərtib edilmiş sxemlərin bu mitinqdə iştiraka təşviq materialı kimi çağırış qismində yerləşdirilməsi bizim ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.