XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 16:21

Transmilli cinayətkarlıqla mübarizə üzrə regional orqan yaradılıb- Mərkəzi Asiyada

Mərkəzi Asiyada transmilli cinayətkarlıqla mübarizə üzrə regional məsləhət-məşvərət orqanı yaradılıb.

Bununla əlaqədar müqavilə avqustun 9-da Mərkəzi Asiya respublikaları Daxili İşlər nazirlərinin Almatı şəhərində keçirilən iclasından sonra imzalanıb.

Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Daxili İşlər nazirləri qanunsuz miqrasiya, cinayətkarların axtarışı və sərhədyanı bölgələrdə şəxsi əmlakların oğurlanmasına qarşı hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə aktual məsələləri müzakirə ediblər.

Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqumbayev bildirib ki, son illər Mərkəzi Asiya respublikalarının polis təşkilatları göstərilən sahələrdə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəriblər. Onun sözlərinə görə, regionun hüquq-mühafizə orqanları MDB çərçivəsində də öz həmkarları ilə qarşılıqlı fəaliyyət göstərirlər. Qazaxıstanlı nazir vurğulayıb ki, transmilli cinayətkarlıqla mübarizə indi hər zaman olduğundan daha aktualdır və onun öhdəsindən yalnız birgə səylərlə gəlmək mümkündür(azərtac).