Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə hücum edilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki türk hərbçisi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hücumu PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG terrorçuları törədib.
Hadisədən sonra Türkiyə ordusu bölgədə reydlərə başlayıb.