XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 18:13

Hindistanın İrandakı səfirliyi qarşısında aksiya keçirilib- FOTO

İranlı tələbələr Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsində müsəlmanların qətlə yetirilməsinə etiraz olaraq, bu gün həmin ölkənin Tehrandakı səfirliyi önündə aksiya keçiriblər.

Azərtac xəbər verir ki, əllərində plakatlar tutmuş aksiyaçılar Yeni-Dehlinin müsəlmanlara qarşı hərəkətlərini pisləyiblər. Onlar bu siyasətin dayandırılmasını tələb ediblər.

İranlı tələbələr, habelə beynəlxalq təşkilatların Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsindəki müsəlmanların vəziyyətinə diqqət ayırmağı tələb ediblər. Qeyd olunub ki, Hindistan uzun illərdir Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altına alıb və on minlərlə müsəlman həlak olub.

Kəşmir əhalisi bölgənin statusunun təyin edilməsi üçün referendumun keçirilməsi haqda BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra edilməsini istəyir. Hindistan hökuməti isə daim bu fikirlərə qarşı çıxır.