XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 20:18

Rusiyada artilleriya anbarında növbəti partlayış olub- 8 nəfər yaralanıb

Bu gün Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarında növbəti partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb. Partlayış nəticəsində Açinsk Mərkəzi Xəstəxanasına 8 nəfər yerləşdirilib. Durumu orta-ağır olan həmin 8 nəfərdən 5-i mülki şəxs, biri hərbçi, 2-i isə polis əməkdaşıdır.

Güc strukturları artilleriya anbarında növbəti partlayışın səbəbinin ildırım vurması olduğunu bildirib. İlkin məlumata görə, ildırım anbarda mərmilərin olduğu sahəyə düşüb və nəticədə iki ardıcıl partlayış baş verib. Hadisə ərazinin mərmilərdən təmizlənməsi işi aparılan zaman olub.