XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 12:14

Liviyada atəşkəs olacaq- Qurban bayramı günlərində

Liviya Milli Barışıq Hökuməti BMT-nin Qurban bayramı günlərində atəşkəs elan edilməsi ilə bağlı təklifini qəbul etdiyini açıqlayıb. Atəşkəs paytaxt Tripoli və ətraf bölgələrdə elan ediləcək.

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame iyulun 29-da tərəflər arasında etimadın yaradılması, məhbus və cənazə mübadiləsi də daxil olmaqla atəşkəs təklif etmişdi.

Xatırladaq ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək məqsədilə aprelin 4-də hücum üçün göstəriş vermişdi. Beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də ona qarşı hərbi əməliyyata başlamışdı.