XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 18:44

İraq-İran sərhədindəki gömrük məntəqələrindən biri bağlanıb- Baş nazirdən açıqlama

İraq-İran sərhədində yerləşən Diyala vilayətindəki Mendeli-Somer gömrük məntəqəsi bütün keçidlərə bağlanıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İraqın Baş naziri Adil Abdulmehdi bu addımın müxtəlif qanun pozuntuları səbəbi ilə atıldığını bildirib.

Baş nazir tərəfindən məntəqənin vəzifəli şəxslərinin Munduriyə göndərilməsi barədə təlimat da verilib. Qanun pozuntularının nədən ibarət olduğu və gömrük məntəqəsinin nə vaxt açılacağı barədə məlumat verilmir.